sedanews.az
sedanews.az

Güclü külək nə vaxt kəsəcək? – Gülşad Məmmədova

4-04-2022, 11:36 375 dəfə baxılıb

       

   Hazırda müşahidə etdiyimiz güclü şimal-qərb küləyi səhərə yaxın tədricən mülayimləşəcək. Sabah gün ərzində mülayim cənub küləyi əsəcəkBu gün səhər saatlarından başlayaraq bölgələrdə, eləcə də paytaxtda şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti bəzi ərazilərdə 30-35 metr-saniyəyədək güclənəcək.
Bu sözləri Axar.az-a açıqlamasında ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Dünənlə müqayisədə bu gün havanın temperaturu aşağı enəcək. Günorta saatlarında temperatur 16-18 dərəcədən yüksək olmayacaq. Bölgələrdə də güclü şimal-qərb küləyi əsəcək. Əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu bəzi rayonlarda 21-22, dağlarda isə 5-10 dərəcə isti olacaq”, - direktor bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA