sedanews.az
sedanews.az

Əhalini sevindirəcək XƏBƏR - Bu qadağa ləğv edilir - VİDEO

12-04-2022, 09:31 242 dəfə baxılıb

Əhalini sevindirəcək XƏBƏR - Bu qadağa ləğv edilir - VİDEO


   Ölkədə pandemiya ilə bağlı müəyyən yumuşaldılmalar olsa da, hələ də bəzi qəraralar qüvvədəddir. Yoluxmanın azalması, vaksinasiyanın uğurla davam etməsi bəzi qadağaların ləğvi məsələsini də gündəmə gətirir.
Milli.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli "Xəzər Xəbər"ə deyib ki, maska qadağasını eləcə də bir sıra məhdudiyyətləri biz rahatlıqla götürə bilərik. Çünki hazırkı vəziyyət bunu tələb edir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə koronavirusla bağlı atılan ilkin addımlar, vaksinasiya prosesi dünyadakı tendensiyaları da nəzərə alsaq yaxın günlərdə bəzi qadağaların ləğv edilməsi gözləniləndir.
"Nəticədə epidemioloji vəziyyətlə əlaqəli yumuşalma qərarı və bunun zamanlaması isə son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri daxilindədir. Bu qərarlar açıqlanana qədər var olan qaydalara riayət etmək tövsiyə olunur", - deyə millət vəkili vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA