sedanews.az
sedanews.az

Nazirliyin Mərkəzində 114 nəfərə peşə və sosial reabilitasiya xidməti göstərilir

19-04-2023, 13:07 328 dəfə baxılıb



  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində 114 nəfərə peşə və sosial reabilitasiya xidməti göstərilir.
    "Report" xəbər verir ki, bu gün Mərkəzə mediatur təşkil edilib.
Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.
   Onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq və dulusçuluq üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışı üçün dəstək göstərilir.
Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunurlar. Burada gənclər peşələrlə yanaşı, musiqi dərnəyi, dizayn dərnəyi, stolüstü oyunlar və paralimpiya idman məşqlərinə də cəlb edilirlər.
Ötən il Mərkəzdə daha 600 nəfərə xidmət göstərilib. Bu ilin ötən dövründə isə 30 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardan ibarət olmaqla 285 nəfər əlilliyi olan şəxsə xidmət göstərilib.
Postmüharibə dövründə Mərkəzə Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan 78 nəfər qəbul edilib, onlardan 14 nəfərinin peşə hazırlığı kursları davam edir.
Ümumilikdə hazırda Mərkəzdə 114 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA