sedanews.az
sedanews.az

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

7-07-2023, 14:31 183 dəfə baxılıb

   Bakıda və Abşeron yarımadasında iyulun 10-u səhərdən 11-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 10-da bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
   REAL xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir.
Azərbaycanın rayonlarında iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən Gəncə-Qazax, Daşkəsən-    Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
   Şərq küləyinin iyulun 7-si gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
   Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA