sedanews.az
sedanews.az

ABŞ qərar üçün Ukraynaya bir neçə gün vaxt verdi

Dün, 13:21



  ABŞ Ukraynaya NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif edib, amma razılaşmanın Milad bayramınadək razılaşdırılmalı olduğunu bildirib. Əks halda şərtlər daha da pisləşə bilər.
  Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Razılaşmanın əsasını 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanətləri təşkil edir. Amma bu zəmanətlər əbədi olmayacaq. Onlar hazırda müzakirə olunur və qarşılıqlı məqbul razılaşma əldə edilərsə qüvvəyə minəcək”, - ABŞ rəsmisi nəşrə deyib.
  Qeyd olunur ki, ABŞ Rusiyanın yekun razılaşma çərçivəsində bu şərtləri qəbul edəcəyini, eləcə də Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etməyəcəyini gözləyir.
  Bir ABŞ rəsmisi də söyləyib ki, danışıqların əsas hissəsi ərazi məsələsinə fokuslanıb. Hələlik bununla əlaqədar razılaşma yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA