Ermənistan-İran avtomobil yolu bağlandı
"Zanger"-Gorayk yolunun Sünik bölgəsinə giriş hissəsində bütün nəqliyyat vasitələri üçün hərəkət müvəqqəti dayandırılıb.
Sedanews.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, Ermənistan-İran avtomobil yolu güclü qar fırtınası səbəbindən bağlanıb, bu barədə Yol Departamenti məlumat verib.
27 fevral saat 11:10-a olan məlumata görə, güclü qar fırtınası və aşağı görünmə şəraiti səbəbindən Sünikdə "Zanger"-Gorayk yolunun hissəsi bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: