sedanews.az
sedanews.az

Xameneinin ailəsindən yalnız onlar sağ qaldı

Bugün, 14:00


İranın ali rəhbəri Əli Xameneinin ailə həyatı ilə bağlı məlumatlar məhduddur və ailə üzvləri adətən ictimaiyyətdən uzaq qalırlar. Son hava zərbələri nəticəsində isə onun qızı, həyat yoldaşı və bəzi yaxın qohumları həlak olub.

Sedanews.az Milli.Az-a istinadən xəbər verir ki, sağ qalan ailə üzvləri arasında ən çox adı hallanan şəxs oğlu Möctəba Xameneidir.
O, dini təhsil alıb və Qum dini mərkəzləri ilə əlaqələndirilir. Rəsmi vəzifə tutmasa da, bəzi analitiklər onun mühafizəkar dairələrdə təsir imkanlarının ola biləcəyini bildirirlər.

Digər oğulları - Mustafa Xamenei, Məsud Xamenei və Meysam Xamenei - əsasən dini fəaliyyətlə əlaqələndirilir və siyasi proseslərdə açıq rol oynamırlar.

Nəvələri barədə isə geniş və rəsmi təsdiqlənmiş məlumat mövcud deyil. İran siyasi sistemində ali rəhbərin ailə üzvləri formal dövlət vəzifəsi daşımır, lakin xüsusilə Möctəba Xameneinin mümkün təsiri barədə müzakirələr davam edir.

Qeyd edək ki, fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA