sedanews.az
sedanews.az

ABŞ diplomatı: İranla 47 illik müharibəyə son qoyuruq

Bugün, 09:48

“Prezident Donald Tramp ABŞ ilə İran arasındakı 47 illik müharibəyə son qoyur”.

Sedanews.az Telegraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.

Diplomat “Fox News” telekanalına müsahibəsində Tehranla Vaşinqton arasındakı gərginliyi “47 illik müharibə” kimi xarakterizə edib:

“Bu qarşıdurma Cimmi Karterin prezidentliyi dövründən başlayıb və İranın ABŞ-yə qarşı davamlı düşmənçiliyindən qaynaqlanır”.

O vurğulayıb ki, Donald Trampın İrana münasibətdə atdığı hazırkı addımlar bu düşmənçilik dövrünə son qoymaq üçün cəsarətli təşəbbüsdür.
Mayk Uolts bu yanaşmanı uzunmüddətli münaqişədən “qəti qopma” kimi qiymətləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA