sedanews.az
sedanews.az

İran Naxçıvan aeroportuna dron hücumu etdi

Bugün, 12:20

İran Naxçıvan aeroportuna dron hücumu edib.

Sedanews.az Telegraf-a istinadən xəbər verir ki, İran ərazisindən atılan raket Naxçıvan Beynəlxalq Hava Limanına düşüb.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl dəfələrlə bütün qonşu ölkələrə, o cümlədən İrana qarşı müdaxilələrə qarşı öz ərazisindən istifadəyə icazə verməyəcəyini bəyan edib. Azərbaycan bu sözünə həm İsrail və İran arasındakı 12 günlük müharibədə, həm də hazırda ABŞ və İsrailin davam edən hava hücumları zamanı sadiq qalıb. Azərbaycan heç vaxt bir qonşu ölkə kimi İrana qarşı açılan heç bir cəbhədə yer almayıb, elə İranın özündən fərqli olaraq.

İran bütün anti-Azərbaycan cəbhələrində yer alıb. Bir neçə gün əvvəl ABŞ və İsrail tərəfindən məhv edilən Əli Xameneinin rəhbərlik etdiyi molla rejiminin həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Azərbaycana qarşı nələr etdiyi hər kəsə bəllidir.

Ermənistana hərbi və bütün növ yardımlardan tutmuş işğal dövründə ərazilərimizin talan edilməsinə qədər İran ölkəmizə qarşı ən murdar xislət və fəaliyyətlərin icraçısı olub.

44 günlük müharibə zamanı İran hərbçilərinin Araz çayını qanunsuz keçərək Azərbaycan qüvvələrinə mane olmaq cəhdləri də uzaq tarixin hadisəsi deyil. Ərazilərimizin azad edilməsindən dərhal sonra sərhədlərimiz yaxınlığında hərbi təlimlərin keçirilməsi, Tehrandakı səfirliyimizə terror hücumu da İranın çoxqatlı çirkin simasının açıq nümayişi idi. 

 Naxçıvana dron hücumu da bu qəbildəndir. Terrorizmi dövlət səviyyəsində dəstəkləyən bir rejimdən xoş niyyət gözləmək sadəlövhlük olardı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA