Livan: İsrail atəşkəsdən sonra hücumları davam etdirir
İsrail ordusu atəşkəs rejimi qüvvəyə mindikdən sonra da Livanın cənubunda hücumları davam etdirir.
Sedanews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb. Məlumata görə, İsrail qüvvələri respublikanın cənubunda yerləşən Xiyam və Dbeibin şəhərlərini atəşə tutur.
Qeyd olunur ki, hücumlar pulemyotlardan istifadə edilməklə həyata keçirilir. Bununla yanaşı, Qərbi Beka bölgəsində pilotsuz uçuş aparatları ilə zərbələrin endirildiyi də vurğulanır.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, Livan prezidenti Cozef Aun və İsrailin baş naziri Binyamin Netanyahu ilə aparılan telefon danışıqlarından sonra tərəflər 17 aprel saat 00:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiqinə razılaşıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: