sedanews.az
sedanews.az

Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan

Bugün, 10:55



Ermənistan Türkiyə ilə sərhədi açmağa və ikitərəfli münasibətləri inkişaf etdirməyə hazırdır, lakin son addım Ankaranın üzərindədir.
Sedanews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “Türkiyə” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, sərhədlərin açılması üçün bütün zəruri infrastruktur artıq yaradılıb.
Kostanyanın sözlərinə görə, iki ölkə arasında normallaşma prosesi son dövrlərdə xeyli irəliləyib və artıq yalnız xarici siyasət qurumları səviyyəsində deyil, daha geniş platformalarda davam edir.

Nazir müavini əlavə edib ki, Ermənistan regionda iqtisadi əməkdaşlığın və ticarətin genişləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə Azərbaycanla əlaqələrin inkişafına da diqqət yetirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA