“Axios”: İran ABŞ-a Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
İran ABŞ-yə münaqişənin nizamlanması ilə bağlı yeni təklif təqdim edib.Sedanews.az Teleqraf-a iastinadən xəbər verilir ki, təklifdə ABŞ-nin tətbiq etdiyi blokadanın aradan qaldırılması, Hörmüz boğazının açılması və daha sonra İranın nüvə proqramı üzrə danışıqlara keçid nəzərdə tutulur.Məlumata görə, Tehran bu təklifi Vaşinqtona Pakistan vasitəçiləri üzərindən çatdırıb. Bildirilir ki, sənəd danışıqlarda yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmağa və tərəflər arasında fikir ayrılıqlarını azaltmağa yönəlib.Qeyd olunur ki, təklif əsasən Hörmüz boğazı ətrafında yaranmış böhranın həllinə fokuslanıb. Bu çərçivədə tərəflərin ya uzunmüddətli atəşkəs rejimini uzatması, ya da müharibənin tam dayandırılması ilə bağlı razılığa gəlməsi nəzərdə tutulur.Həmçinin qeyd edilir ki, nüvə proqramı üzrə danışıqlar yalnız sonrakı mərhələdə boğaz açıldıqdan və blokada aradan qaldırıldıqdan sonra başlanacaq.Məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda kabinet iclası keçirərək İranla danışıqlardakı vəziyyəti və növbəti addımları müzakirə etməyi planlaşdırır.