sedanews.az
sedanews.az

Rusiyada mobil internet SÖNDÜRÜLDÜ

Bugün, 11:03


Moskvada mobil internet xidməti dayandırılıb.
Sedaneüs.az Milli.az-a istinadən xəbər verir ki, Moskva sakinləri mobil internet problemlərindən şikayətlənirlər.
Onlar hətta "ağ siyahıya" salınmış veb saytların da işləmədiyini deyirlər. Bu gün səhər tezdən mobil internet kəsintiləri barədə məlumat yayılıb. Oxşar şikayətlər Sankt-Peterburqdan və digər regionlardan da gəlir.

Müxtəlif operatorlardan internet xidməti ilə bağlı şikayətlərin artması "detector404" xidmətində də müşahidə olunur. Xidmətin məlumatına görə, mobil internet xidməti ilə bağlı şikayətlərin sayı Moskva vaxtı ilə səhər saat 8:00 radələrində artmağa başlayıb.
MTS, T2, Beeline və Yota operatorlarında mobil internet kəsintiləri barədə məlumat yayılıb.
T2 operatoru Moskva vilayətində də eyni problemlərlə üzləşib.

Qeyd edək ki, Moskva və Sankt-Peterburqda mobil operatorlar abunəçilərinə 5-9 may tarixlərində təhlükəsizlik səbəbi ilə mobil internet məhdudiyyətləri tətbiq olunacağı barədə bildirişlər göndərib./Apa






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA