sedanews.az
sedanews.az

Ərdoğan ABŞ-İran razılaşmasından yazdı

Bugün, 11:25

   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi gördüyini bildirərək alqışlayıb.
    Milli.Az report-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi görür və bunu alqışlayıram", - dövlət başısı qeyd edib.
Ərdoğan bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu hadisənin regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə səmimi qəlbdən ümid etdiyini bildirib:
   "Sazişlərin imzalanmasına qədər olan dövrdə gərginliyi artıracaq ritorikadan, təxribatlardan və hərəkətlərdən çəkinməyin və mümkün təxribatlara qarşı ayıq olmağın vacibliyini vurğulayıram. Bu nəticənin əldə edilməsində ABŞ və İran liderləri başda olmaqla müstəsna vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirəm. Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.
   Türkiyə olaraq, bölgəmizdə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləməyə, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həllərə töhfə verməyə davam edəcəyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA