
Rusiya Gürcüstanla siyasi dialoqun Tbilisinin şərtləri ilə bərpasına hazır deyil.Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən yerli KİV-ə bildirilib.
Qurumun məlumatına görə, Rusiyanın “Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyi”nin tanınması barədə qərarı geri götürülməyəcək.
“Rusiya və Gürcüstan arasında siyasi dialoqun bərpası üçün heç bir ilkin şərt yoxdur, çünki Tbilisi hələ də Saakaşvilinin dövründən qalan mövqeyi saxlayır: diplomatik münasibətlərin bərpasını Rusiyanın Abxaziya və Cənubi Osetiyanın tanınmasından imtina etməsi ilə əlaqələndirir. Bu tələb elə Gürcüstanın özü üçün zərərli və qeyri-realdır. Moskva bəyan edib ki, həmin (beynəlxalq səviyyədə tanınmayan) respublikaların tanıması barədə qərar geridönməzdir. Bununla belə, Rusiya Tbilisinin özünün də istədiyi dərəcədə Gürcüstanla münasibətlərin gələcəkdə normallaşmasına açıqdır.
Top Gürcüstan tərəfindədir, fikrimizcə, bu prosesdə ən çox maraqlı tərəf elə Gürcüstan olmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyi bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.