sedanews.az
sedanews.az

Birinci Qarabağ müharibəsinin itkin düşmüş 16 şəhid dəfn olunacaq

Bugün, 10:33

    Birinci Qarabağ müharibəsinin itkin düşmüş 16 şəhid dəfn olunacaq.
Sedanews.az Teleqraf - a istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
   Məlumata görə, oktyabrın 28-də hərbi qulluqçular - Quliyev Abdulla Novruz oğlu Abşeron rayonu, Saray qəsəbəsi qəbiristanlığında, Şahhüseynov Lətif Qəribalı oğlu Sumqayıt şəhərində Şəhidlər Xiyabanında, Şahmurov Mübariz Ağahüseyn oğlu Nizami rayonu, Keşlə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA