sedanews.az
sedanews.az

Böyük Qafqazdakı adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilib

16-02-2021, 11:17 421 dəfə baxılıb

Böyük Qafqazdakı adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilib 

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4 301 m) yürüşü təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar. Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının dövlət bayrağını ucaldıb, dövlət himnini ifa edib və vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda Vətən müharibəsində qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA