İğdır-Naxçıvan yolu yenidən açıldı
Türkiyənin İğdır bölgəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolu nəqliyyatın istifadəsi üçün yenidən açılıb.Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, İğdırın Aralıq rayonunda yağan leysan yağışlar selə səbəb olmuşdu. Sel nəticəsində Türkiyə-Naxçıvan avtomobil yolu da bağlanmışdı. Görülən işlər nəticəsində yol istifadə üçün yenidən açılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.