sedanews.az
sedanews.az

Cəbrayıldan keçən yollar...

8-10-2021, 12:01 317 dəfə baxılıb


Cəbrayıldan keçən yollar...


27 sentyabr 2020-ci il! Bu tarix Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixdə başlayan 44 günlük II Qarabağ müharibəsi Azərbaycan dövlətinin milli qürurunu, özgüvənini özünə qaytardı.

Bu günlərdə, keçən ilin şanlı zəfər günlərini, qalibiyyətimizin bir ilini qeyd edirik. Eyni zamanda bu vətən uğrunda canından keçən igid oğullarımızın da il dönümləri, bütün Azərbaycanda qeyd olunduğu kimi Suraxanı rayonunda da qeyd olunur. Şəhidlərimiz Suraxanı Rayon İcra Hakimiyyəti və bütün əlaqədar qurumlar tərəfindən anılır və bu haqda silsilə tədbirlər keçirilir.

Bizim bu uğurumuz, müzəffər ordunun qalibiyyəti, Prezidentimiz, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev cənablarının düzgün, düşünülmüş və uzaq görən siyasətinin nəticəsidir. Otuz ildən sonra düşmən tapdağı altında olan torpağlarımız işğaldan azad edildi. Bu zaman kəsiyində bir çoxlarımız qalibiyyətə ümid etsək də, bəzi mənfi qüvvələr insanlarda həmin torpaqları nə vaxtsa görmək arzusunu xəyala döndərmişdi. Bu dövrlər ərzində Prezident tərəfindən Azərbaycanın iqtisadiyyatı gücləndikcə, orduya ayrılan diqqət və qayğı daha da artırdı. Təsadüfi deyil ki, qanla alınan torpaqları yenidən əldə etməkdən ötrü möhkəm iradə, ordu və dəmir yumruq lazım idi. 

Bu gün Azərbaycan vətəndaşı olaraq, mənim Prezidentim işğaldan azad olunmuş torpaqlara hər dəfə Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva ilə ayaq basarkən, hər bir rayon və şəhərdə məscidləri ziyarət edərkən, erməni vandallarının dağıtdığı tarixi abidələri yenidən bərpa edərkən, yenidən tikilən abadlıq və quruculuq işlərinin özülünə İMZAlarını atarkən, fəxarət və qürür hissi ilə yanaşı həm də kövrəlirəm. Mərhum Ulu Öndər Heydər Əliyevin bir cümləsini hər zaman xatırlayıram. “Mən İlhama özüm qədər inanıram...” Zamanında bir Dahinin dedikləri bu cümlə indi öz təsdiqini tapır!

Müzəffər ordunun Ali Baş Komandanı tez – tez işğaldan azad olunmuş torpaqlara səfərə gedir. Bu səfərdən biri də 04.10.2021-ci il tarixdə Prezident cənab İlham Əliyev və Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva ilə getdiyi işğaldan azad olunmuş Cəbrayıl rayonu idi. Əslində Cəbrayıl rayonunun bizlərin hər birimiz üçün illər öncə 2016-cı ildə bir kəndinin düşmən tapdağından geri alınması, bu günkü günlərə inanmağın təzahürü idi.

Cocuq Mərcanlıya qayıdış Böyuk Qayıdışın başlanğıcı idi. Prezidentin Cəbrayıla səfəri zamanı cıxışında söylədiyi “5 il ərzində ele bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək!” deməsi bizdə böyuk və gözəl gələcəyə, Qarabağın yeni, gözəl, azad günlərinin olmasına daha da inamımızı artırır. Prezident hər kəsə bir daha bəyan etdi ki, heç kim 

Azərbaycanın daxili işinə qarışa bilməz, hansısa əyalət mollasının sözləri, münasibətlərin pozulmasına səbəb ola bilməz! Hər zaman təhdidlərin qarşısını almaq Azərbaycanın legitim hüququdur!

Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. 

Günü-gündən gözəlləşən Qarabağın hər bir rayonu kimi Cəbrayılda da işlərin yüksək vüsət alması, məni bir Azərbaycan vətəndaşı kimi sevindirir. Hal-hazırda Cəbrayılda çəkilən yollar bizi gözəl gələcəyə, keçmişdə Azərbaycan dövlətindən zorla alınınan Zəngəzura aparır.


                            Əmircan Bələdiyyəsinin sədri Cəmilə Ağayeva 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA