Azərbaycan xalqının uzun əsrlik tarixinə qızıl hərflərlə yazılacaq bir tarixin başlanğıcı
Azərbaycan xalqının uzun əsrlik tarixinə qızıl hərflərlə yazılacaq bir tarixin başlanğıcı
Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. İşğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində ziyan vurmuşdur, bütün işğal altında olan ərazilərimizdə daşı daş üstünə qoymamışdır. Çünki torpağın əsl sahibləri bunu reallaşdıracaqdi. Onlar Şuşanı milli ornamentlərlə bəzəyəcəkdi. Ağdamı əsl Azərbaycan şəhərinə çevirəcəkdi.
Nəhayət o gün yetişdi. Hər bir azərbaycanlının həsrətlə gözlədiyi həmin gün gəlib çatdı. Xalqın birliyi və ədalətli mövqeyı, “dəmir yumruq” da birləşərək işğalçıya sarsıdıcı zərbə vurduğu o savaş..
Respublikamızın bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr-vətən müharibəsi başladığı günün Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhid doğmalarına ali ehtiramın göstəricisidir. Dövlət hər bir qazi, şəhid ailələrinin yanındadır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilir. Çünki onlar öz qəhrəmanlığı ilə böyük bir tarixin, canlı zəfər tarixinin qəhrəmanlarıdırlar..
Cənab Prezindentin şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı dediyi bir məqam diqqətimi çəkir. “Əgər kimsə revansist fikirlərlə yaşayırsa, bax bu yumruğu görəcək, bu yerindədir və bizim səbrimizi sınamasınlar! Ermanistan ordusu bitdi, yoxdur və olmamalıdır”.
Birlik iradə və əzmkarlığın yaşatdığı zəfəri hər zaman qorumaq, bizim mənəvi borcumuzdur. Hər bir şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbir, qazilərə isə şəfa diləyirik.
Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev