sedanews.az
sedanews.az

Tarixdə əbədi qalacaq 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi.

17-04-2021, 19:56 651 dəfə baxılıb

Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir


Tarixdə əbədi qalacaq 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. 

Bundan sonra dünya ölkələri Azərbaycan xalqını daha yaxından tanıyacaq, onun qəhrəmanlığına, cəsurluğuna bir qarış torpağının işğalda qalmasına dözməyən, bu yolda canından keçməyə hazır olan vətənpərvər kimi qəbul edəcək.

Xalqımız 30 ildən bəri gözlədiyi tarixi qələbənin sevincini yaşayır. Prezident, Müzəffər Ali-Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun işğala son qoyaraq, torpaqlarımızı azad etməsi qəlbimizi qürur hissi ilə doldurdu. Eyni zamanda, haqq-ədalət, ərazi bütövlüyümüz uğrunda, işğalçı siyasətə qarşı aparılan Vətən müharibəsinin nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi və bir yumruq kimi birləşdirdi. 

O insanlar qəhrəman olurlar ki, vaxtında düzgün və cəsarətli qərarlar qəbul edirlər. Prezident İlham Əliyevin qurduğu Azərbaycan ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir fateh kimi, Qarabağ fatehi kimi öz adını yaza bildi. Yaralı Azərbaycan əsgərləri ilə görüşü zamanı Müzəffər Ali-Baş Komandanın onların çəkdiyi can acılarını öz canında necə yaşadığının şahidi olduq. Əsgərlərin çəkdiyi ağrını, acını öz canında necə daşıdığını hiss etdik. Gördük ki, hər bir əsgərlə əsl döyüş yoldaşı, bir ata, qayğıkeş bir qardaş kimi davranan Prezidentimiz, Ali-Baş Komandanımız var. Əsgər hiss etdi ki, onun, hər bir dərdini etibar edə biləcəyi dağ qədər əzəmətli, olduqca səadaqətli bir dayağı var. Cənab Prezidentimizin təsis etdiyi Qələbə ordenləri Əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratdı. Vətən müharibəsində silahlı qüvvələrimizin rəşadətli zəfər yürüşü onun dünyanın ən güclü orduları sırasında yer almasının məntiqi nəticəsi idi. Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal altındakı torpağımızı düşmənlərdən təmizlədi. Müzəffər Ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.  

Zaman keçdikcə Azərbaycan iqtisadi və siyasi mənada güclü dövlətlərdən birinə çevrildi. Ümumilli lider Heydər Əliyev başqa sahələrdə olduğu kimi, nizami ordunun qurulması üçün də islahatlar həyata keçirdi. Bizə ordu gərək idi, hava kimi, su kimi! Hərb sahəsinə ayrılan vəsait, ordumuzun ən müasir hərbi texnologiyalar ilə təchiz olunmasını təmin etdi. Hakimiyyətə gəldiyi vaxtdan bu məqamın vacibliyini dərk edən Prezident İlham Əliyev, Heydər Əliyevin ordu quruculuğunda qazandığı uğurları davam etdirir.

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə müharibə cinayətləri törədib, döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Müharibə zamanı mənfur düşmən Tərtərə, Gəncəyə, Bərdəyə çoxlu sayda raket atmışdır. Həmçinin Şuşanı İsgəndər-M raketləri ilə məhv etməyə çalışırdı. Ağdam yerlə yeksan edilmişdir. Çoxlu sayda itki verdik amma bu müharibə bizi sarsmadı. Əksinə biz qalib gəldik. Azərbaycan 21-ci əsrin müharibəsini aparıb. Bu haqqın qələbəsi idi. Öz hüquqi torpaqlarımızı düşməndən geri aldıq. 10 noyabr tarixində düşmən kapitulyasiya aktına imza atdı, təslim oldu. Bu tarixi qələbəni biz 10 dekabrda keçirilmiş hərbi paradda nümayiş etdik. Azadlıq meydanında xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyini bir daha göstərildi. 

Bu gün Hərbi Qənimətlər Parkında bunlar nümayiş etdirilir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Parkın ərazisindəki hər bir element nadirdir. Asılan erməni əsgər dəbilqələri erməni liderləri üçün göz dağıdır. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələcək olan hər kəsə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. 


Suraxanı rayonunun fəal gənci Arzu Məmmədli







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA