sedanews.az
sedanews.az

Ermənistanın itkiləri açıqlandı: şok rəqəm - “Caliber”

13-09-2022, 10:30 276 dəfə baxılıb

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Bakı vaxtı ilə saat 9:15-də Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb.

Bu barədə “Caliber” məlumat yayıb.
“Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq.
Bizdə olan məlumatlara görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı da var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib - dəyəri yarım milyard dollardan çox olan avadanlıq sıradan çıxarılıb.
Azərbaycan ordusu sərhəd zolağında, bildiyiniz kimi, delimitasiyası olmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəşlə nəzarətə götürülüb”.
AXAR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA