sedanews.az
sedanews.az

Bu hərbçilərimiz təltif olundu

28-12-2022, 13:02 324 dəfə baxılıb


    Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.
    Belə ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən dekabrın 27-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində 2022-ci ilin yekunlarına dair toplantı keçirilib.
    Toplantıda Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzələr dinlənilib.
   Müdafiə nazirinin növbəti ildə şəxsi heyətin qarşısında qoyduğu tapşırıqlar aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA