Səməd Seyidov: Qarabağ erməniləri təxribat törətməyə təhrik edilir
Təəssüf ki, Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyanın bizim dostlarımız və kolleqalarımıza verdiyi informasiya tamamilə gündəlikdən kənardır. İki il əvvəl, biz öz ərazilərimizə ədalət gətirdik, biz öz torpaqlarımızı işğaldan azad etdik. Və mən öz hörmətli kolleqalarıma xatırlatmaq istəyirəm ki, Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdi.
Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında çıxışı zamanı Ermənistan nümayəndə heyətinin təxribatçı çıxışına cavab olaraq bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.