Bakıda və Abşeron yarımadasında martın 7-də gecə başlayan yağışın günorta saatlarınadək davam edəcəyi, saat 14:00 radələrində kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən REAL-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.