sedanews.az
sedanews.az

Diplomatlar Xankəndidəki tikinti-quruculuq işləri ilə tanış olublar

Dün, 12:45


Hazırda Xankəndi şəhərində Zəfər parkı, Konqres mərkəzi tikilir, Zəfər muzeyi, Xankəndi şəhər futbol stadionu, Xüsusi nümayəndəliyin binası, Biznes mərkəzi, mədəniyyət mərkəzi bərpa edilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərə səfər edən xarici diplomatlara məlumat verərkən deyib.
Elçin Yusubov bildirib ki, Xankəndi şəhəri  Prezidentin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 35 ildən çox  ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Xatırladaq ki, Xankəndi şəhərinə səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və hərbi nümayəndələr burda  aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından tanış olublar  (modern)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA