
Artıq Xocalı şəhərinə
50 ailənin köçürülməsi təmin edilib.
REAL xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, yaxın müddətdə daha
50 ailənin köçü həyata keçiriləcək: “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il
228 ailənin yerləşdirilməsi nəzərdə tutulub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.