sedanews.az
sedanews.az

Sabirabadda yolka şənliyinə tamaşa etməyə gələn şəxs məsuliyyətə cəlb edildi – TƏFƏRRÜAT

6-01-2026, 11:50



   Sabirabad rayonunda yolka şənliyinə tamaşa etməyə gələn 41 yaşlı kişi inzibati məsuliyyətə cəlb olunub.
Sedanews.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə H.Əliyev prospektində baş verib.
Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Mübariz Səlimov (ad-soyad şərti verilib – red.) həmin ərazidə dava edib və polisin qanuni tələblərinə tabe olmayıb.
  Səlimov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilinib.
Sabirabad Rayon Polis Şöbəsində izahat verən Səlimov bildirib ki, Saatlı rayonunda yaşayan qohumugilə qonaq gəlib: “Orada yemək yeyib, spirtli içki qəbul etdim. Axşam saatlarında qohumum ilə birgə yolka şənliyinə tamaşa etmək üçün idarə etdiyim avtomobillə Sabirabad şəhərinə gəldim.   H.Əliyev prospektində Yol Patrul Xidmətinin əməkdaşları mənə “saxla” işarəsi verdi. Mən içkili olduğum üçün tələbə tabe olmadım. Polis əməkdaşları məni saxladıqdan sonra içkili olduğumdan onlarla bir qədər mübahisə etdim. Daha sonra üzrxahlıq etdim, əməlimdən peşman olduğumu bildirdim”.
  Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Səlimov 200 manat məbləğində cərimə edilib. Onun inzibati qaydada həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 150 manat məbləğində cərimə saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA