Azərbaycan Ermənistandan 1000 dollara yaxın mal idxal edib

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Ermənistandan 960 dollar dəyərində məhsul idxal edib.
Sedanews.az Teleqrafa istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Ermənistana isə 5 milyon 757.48 min ABŞ dolları həcmində məhsul ixrac olunub.
Müvafiq göstərici ölkənin ümumi ixracının 0,11 faizini təşkil edib.
Qeyd edək ki, ayın əvvəlində Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan ölkəsinin Azərbaycana ixrac edə biləcəyi hər hansı bir məhsulun olub-olmadığı barədə jurnalistlərin sualına müsbət cavab verib
"Belə məhsullar var. Folqa idxalı üçün konkret sorğu var. Azərbaycan folqa üçün konkret qiymət istəyib və istehsalçımız bunu təmin edib".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: