Yaxın Şərqdə böhran: Dünyanın enerji xəritəsi dəyişir
Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı ətrafındakı böhran dünya enerji xəritəsinin yenidən formalaşmasına səbəb olacaq.
Swdanews.az Axar.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fateh Birol deyib.
Onun sözlərinə görə, Hörmüz boğazı əvvəlki etibarlılığını itirib və mövcud vəziyyət qlobal enerji sistemində ciddi dəyişikliklər yarada bilər:
“Dünya iqtisadiyyatının bir boğazdan asılı olduğu dövr artıq geridə qalmağa doğru gedir. Sabah hər şey normallaşsa belə, yüksək qiymətlər və bazarlardakı volatillik uzunmüddətli nəticələr doğuracaq. Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarında müvəqqəti deyil, struktur xarakterli pozuntular yaradır”.
Fateh Birol bildirib ki, enerji bazarlarının sabitləşməsi ən azı iki il çəkə bilər:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: