sedanews.az
sedanews.az

Azərbaycan "Russia Halal Expo 2025” sərgisində təmsil olunacaq

24-03-2025, 11:17


Azərbaycan mayın 14-16-da Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçiriləcək "Russia Halal Expo 2025” sərgisində təmsil olunacaq.
Sedanevs.az  barədə İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti-Təchizat Birliyi" MMC-yə istinadən xəbər verir.
Məlumata görə, artıq sərgi ilə bağlı hazırlıq işlərinə başlanılıb və sərgidə Azərbaycanın milli stendini quraşdıracaq şirkətlər arasında seçim edilməkdədir.
Sərgidə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş etdiriləcək.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA