DÜNYA Bu ölkədə də məktəblərdə telefonlara qadağa QOYULDU
Polşa hökuməti ibtidai məktəblərdə mobil telefon və digər elektron cihazların istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Sedanews.az Milliaz-a istinadən xəbər verir ki, qadağa 1-8-ci sinif şagirdlərinə şamil olunacaq və dövlətlə yanaşı özəl məktəblərdə də tətbiq ediləcək.
İstisna hallara tədris məqsədli istifadə, sağlamlıq və əlilliklə bağlı ehtiyaclar, həmçinin fövqəladə vəziyyətlər daxildir. Qanunun sentyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılır.
Hökumət həmçinin uşaqların onlayn pornoqrafik məzmuna çıxışını məhdudlaşdırmaq üçün yaş yoxlama mexanizmlərini gücləndirən yeni qanun layihəsini də təsdiqləyib. Məqsəd şagirdlərin diqqətini artırmaq, psixoloji rifahını dəstəkləmək və canlı ünsiyyəti təşviq etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: