Təmiz texnologiyaların qlobal bazarı növbəti on ildə üç dəfə artacaq - PROQNOZ
31-10-2024, 10:40
119 dəfə baxılıb
Enerji keçidi irəlilədikcə, əsas təmiz texnologiyaların qlobal bazarı növbəti on ildə üç dəfə artaraq 2 trilyon ABŞ dollarını üstələyəcək.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin “Enerji Texnologiyalarının Perspektivləri 2024” (“Energy Technology Perspectives 2024”) hesabatına istinadən xəbər verir.
Hesabatda altı ən iri kütləvi istehsal olunan təmiz enerji texnologiyasının inkişaf perspektivlərinə diqqət yetirilir. Bunların sırasında günəş fotovoltaik sistemləri, külək turbinləri, elektrik nəqliyyat vasitələri, batareyalar, elektrolizatorlar və istilik nasosları yer alıb.
Bugünkü siyasət parametrlərinə əsasən, bu texnologiyaların qlobal bazarı 2023-cü ildəki 700 milyard dollardan 2035-ci ilə qədər 2 trilyon dollardan artığıdək yüksələcək, bu da son illərdə dünya xam neft bazarının dəyərinə yaxındır.
Hesabata əsasən, təmiz texnologiyalar ticarətinin də kəskin şəkildə artacağı gözlənilir. On ildən sonra o, üç dəfədən çox artaraq 575 milyard dollara çatacaq ki, bu da bugünkü qlobal təbii qaz ticarətini 50%-dən çox üstələyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR