sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin cari ilin 15 mart tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı çıxışı ilə əlaqədar

18-03-2022, 11:41 237 dəfə baxılıb





“Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” dövlət başçısının 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.
Təməli qoyulmuş "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inşasının 12-18 ay ərzində tamamlanması nəzərdə tutulur. Bu ölkənin energetika sahəsində çox əlamətdar hadisədir. Belə ki, ümumi gücü 230 mVt/saat olacaq bu GES-də il ərzində 500 mln kVt/saat elektrik enerjisi istehsal ediləcək ki, bu da 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq. Bu stansiya həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kub metr qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradılması  əhalinin rifahina çox köməklik göstərəcək. 
GES ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsal olunmasına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq. Layihənin dəyəri 200 milyon ABŞ dolları təşkil edir. Stansiya “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.
Bərpaolunan enerji növlərinin inkişafı ölkənin əsas prioritetidir. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmas qurmağımız, Azərbaycanın investisiya iqlimi unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olsun. Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac olduğu məlumdur. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələr  olan təbii qaz, su, günəş və küləkdən istehsal edir. Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyük olması dünyanın aparıcı enerji şirkətlərinin hal-hazırda Azərbaycanla bu sahədə əməkdaşlıq etməsinə maraq oyadır. 
Azərbaycanın İşğaldan azad edilmiş ərazilərinin böyük potensiala malik olması günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilməsini dəqiq hesablamalarla araşdırılmış və bu işlər üçün ikin addımlar da atılmışdır. Bu ərazilərdə günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılmışdır.
Azərbaycanda zəngin neft və qaz yataqlarının möcudluğu və bu yataqların istismarı və işlənilməsi, müasir infrastrukturun mövcudluğu həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşməsi, həmçinin siyasətin doğru yöndə aparılması və güclü iradə dünyanın əksər ölkələrinin ölkəmizlə sıx tərəfdaşlıq əlaqələrinin yaradılmasına təkan verir. 


                                                              Suraxanı rayon İcra Hakimiyyəti başçısının
                                                                  Hövsan qəsəbə inzibati ərazi dairəsi
                                                                     üzrə nümayəndəsi İslamov Qurbanəli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA