sedanews.az
sedanews.az

Azərbaycanın bərpaolunan enerji potensialı böyük maraq kəsb edir

19-01-2022, 11:32 413 dəfə baxılıb

                       Azərbaycanın bərpaolunan enerji potensialı böyük maraq kəsb edir


Müasir dövrün ən vacib tələblərindən biri də təhlükəsiz, ekoloji cəhətdən təmiz enerji mənbələri yaratmaqdır. Yaşadığımız planet canlıları, təbiətilə çox gözəldir. Lakin, bu gözəllik, bu füsünkarlıq təhlükə qarşısındadır. Qloballaşan dünya iqtisadiyyatı bu təhlükənin mənbələrindən biridir. Atom elektrik stansiyaları, daş kömürlə, qazla və neft məhsulları ilə işləyən istilik elektrik stansiyaları enerji təminatı sahəsində böyük rol oynasalar da, həm təhlükəlilik dərəcəsinə, həm də ekoloji cəhətdən çox ziyan verən mənbələrdir. Bütün bunların qarşısını almaq üçün dünya miqyasında yeni layihələr üzərində işlənilir. Bunların da ən önəmlisi bərpaolunan enerji istehsalıdır.
Azərbaycan bu sahədə böyük potensiala malikdir. Digər enerji mənbələrinə alternativ olraq, həm ekoloji cəhətdən təmiz, həm də təhlükəsiz bərpaolunan enerjidir. Bu baxımdan Külək elektrik enerjisi daha səmərəli sayılır.
Möhtərəm Prezident İlnam Əliyevin göstərişi əsasında belə bir layihənin üzərində işlənilməsi və həyata keçirilməsi üçün işə başlanılmışdır. Külək Elektrik Stansiyasının tikilməsi qərara alınmışdır. Bu sahədə böyük təcrübəyə malik, ixtisaslaşmış Səudiyyə Ərəbstanının “ACWA Power” şirkəti ilə icra müqaviləsi bağlanmış və stansiyanın tikintisinə başlanılması qərara alınmışdır.
Yanvar ayının 13-də “ Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Əlbətdə ki, bu gün əlamərdar bir gün idi. Ona görə də Möhtərəm Prezident bütün Azərbaycan xalqını bu mühasibətlə təbrik etdi.
Bu stansiya 240 meqavat gücə malik olan ən böyük enerji stansiyası olacaq. Ölkəmizin enerji təhlükəsizliyinə böyük tövhə verəcək. Bu layihə, bu stansiyanın tikintisi Azərbaycan xalqı, ictimayyəti və hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük sevinc və rəğbətlə qarşılandı. Çünkü bu stansiya istismara verildikdən sonra ölkəmizin elektrik enerjisinə olan təlabatı tam təmin olunacaq, hətta ixrac imkanları yaradacaqdır.
Bu stansiyanın tikintisi bir daha sübut etdi ki, Azərbaycan ən sabit ölkədir və investorlar üçün böyük potensiala malik bir ölkədir. Azərbaycanda investorlar üçün böyük əhəmiyyət kəsb edən bütün amillər vardır. Bu amillərin olması xarici investorların Azərbaycana sərbəst sərmayə qoymalarına imkan yaradır, Azərbaycan iqtisadiyyatının sürətlə inkişafına təkan verir, dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın daha firəvan yaşamasına zəmin yaradır.
Əminəm ki, çox keçməyəcək Azərbaycan xalqı bu stansiyanın açılışını böyük sevinclə qeyd edəcək. Mən də bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını bu əlamətdar hadisə münasibəti ilə ürəkdən təbrik edirəm!
                                                                            “Suraxanı maşınqayırma zavodu” ASC-nin
                                                                            böyük hüquq məsləhətçisi Məşkur Mirzəyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA