“Mən bu aparatları cibimin puluynan almışam” - Ucar rayonu Mərkəzi xəstəxanasında özbaşınalıq hökm sürür
Cənab Prezidentin göstərişi ilə ölkəmizdə gedən islahatlar hər birimizi sevindirir. Xüsusən də son illər səhiyyə sistemində aparılan genişmiqyaslı dəyişikliklər. Lakin bütün bunlara baxmayaraq, neqativ hallar bir cox xəstəxanalarda mövcuddur. Belə ki, bəzi həkimlər qanunlara məhəl qoymayaraq, səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalıq edirlər. Biz jurnalistlər, belə hallarla cox rastlaşırıq və qərəzsiz şəkildə araşdırma apararaq aidiyyatı orqanlara çatdırırıq, ki həmən qurumlar belə neqativ halların qarşısını alıb ölçü götürsünlər.
Bu yaxınlarda Sədanews.az redaksiyasının elektron ünvanına Ucar rayon sakinlərindən şikayət məktubu daxil olmuşdur. Məktubda Ucar rayonu Mərkəzi xəstəxanasında calışan bir necə həkimindən bəhz olunurdu. Məktubda deyilir ki, Ucar rayonu Mərkəzi xəstəxanasında UZİ –də işləyən İlahə həkim xəstələrdən 10 - 15 AZN civarında pul yığaraq sonra xəstələri müayinə edir, adını da “Mən bu aparatları cibimin puluynan almışam” - deyə xəstələrə bildirir. Halbuki dövlət xəstəxanaları Icbari sığorta vasitəsilə avadanlıqlarla ilə təmin olunub. İstər müayinə istərsə də müalicə pulsuz aparılır. Bunlara baxmayaraq burada işləyən kardeoloq Təranə həkim hər xəstədən 5 AZN alandan sonra onu müayinə edir. Stomotologiya şöbəsində hər iki Anar həkimlərin hec üzünü görən olmayıb. Hansı saatda xəstələr gəlirsə həkim iş başında tapılmır.
Qısası Ya Allah deyib üz tutduq Ucar rayonu Mərkəzi xəstəxanasına ki, faktları araşdıraq.
Xəstəxananın direktoru İlqar Mustafayevlə əlaqə saxladıq təbii ki, rayonda olmadığını dedi. Və bizi müavini olan həkim-cərrah Elman Xəlilova yönəltdi. Elman Xəlilovla elə öz kabinetində görüşdük və gəlişimizin məqsədini bildirdik. Onu da qeyd edək ki, görüşdən bir az əvvəl xəstəxana ətrafında sakinlərdən sorğu apardıq. Bizə ünvanlanan məktubdakı sözləri təsdiqləyənlər coxu təstiq etdi.
Xülasə Elman həkimə suallar verdik. Bütün suallara eyni cavab verdi,(mən məzuniyyətdə idim dünən işə cixmışam) Yalnız bir suala cavab verdi ki, xeyr İlahə həkim düz demir, bütün aparatlar dövlət tərəfindən təmin olunub. Bir müddət sonra icəri bir xanım daxıl oldu və Elman doktorun qarşısına imzalamağa sənədlər qoydu. O isə bizə gileylənərək (baxın zülm cəkirəm əməliyyatlar edirəm Təbibin mənə verdiyi bonuslara baxin, bizə qiymət qoymurlar) deyərək bizə sənəd fakturaları təqdim etdi. Adama deyəllər ay Elman doktor, hansı xəstəni siz “şirinlik”vermədən buraxırsız ki? Kasıb falan bilmirsiz, əməliyyata girənləri “soyub” buraxırsız. Hələ bir Təbibdən giləylənirsiz də.
Bir müddət sonra müəssənin hüquqşünası bizi dəvət etdi. Eyni sualları ona da verdik. Amma nəticə eyni oldu. Eyni əzbərlənmiş mətn.Necə deyərlər hec kim öz qatığına turş deməz…
P.S Araşdırmalar davam edir...