sedanews.az
sedanews.az

Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb

Bugün, 11:10


   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa məktub ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:
 "Hörmətli cənab Prezident,
 Filippin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
  Bu xoş gündə Sizə, möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA