Afrika qitəsinin şərqində yerləşən və "Afrika Buynuzu" ölkələrindən olan Somali ilə Efiopiya arasında Yəmən dənizi sahillərində yerləşən Somaliland bölgəsi ilə bağlı böhran yaşanırdı.
Milli.Az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd birgə mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında çıxış edən Ərdoğan, 8 ay əvvəl başlayan "Ankara prosesi" çərçivəsindəki diplomatik təşəbbüslərin "əməkdaşlığa əsaslanan şəkildə" razılıqla nəticələndiyini elan edib.
Somali, Afrika Buynuzu bölgəsində tanınmayan suveren bir dövlət kimi qəbul edilən Somalilandı öz ərazilərinin bir hissəsi hesab edir. Lakin Efiopiya, yanvar ayında Somaliland bölgəsi ilə bir anlaşma memorandumu imzalamışdı.
Ankara Prosesinə istinad edən Prezident Ərdoğan, "Bütün proses boyunca tərəflərin həssaslığını və gözləntilərini diqqətlə dinlədik. Xüsusilə Ankara Prosesində mühüm bir mərhələyə çatdıq. Beləliklə, bəzi inciklikləri və yanlış anlamaları birlikdə aradan qaldıraraq Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni bir başlanğıcın ilk addımını atmış olduq," deyə bildirdi.
Ərdoğan çıxışında, razılaşdırılmış birgə bəyanatın bölgədə əməkdaşlıq, iqtisadi inkişaf və rifahı təmin edəcəyinə toxundu.
Hər iki ölkə liderinə də konstruktiv yanaşmalarına görə təşəkkür edən Ərdoğan, "Bundan sonra atacağımız addımları birgə müəyyən edib bölgə insanının əmin-amanlığını və rifahını artıracaq layihələri birlikdə həyata keçirəcəyik," deyə qeyd edib.
"Bu dünya hamımıza yetər" ifadələri ilə sülhün və əməkdaşlığın əhəmiyyətinə diqqət çəkən Prezident Ərdoğan bu fikirləri dilə gətirib:
"Xüsusilə Efiopiyanın dənizə çıxış tələbləri ilə bağlı bu gün keçirdiyimiz ilk toplantıdan sonra bunun davamını gətirəcəyik. Şeyx Mahmud qardaşımın da bu məsələdə lazım olan diqqət və dəstəyi göstərəcəyinə inanıram."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.