sedanews.az
sedanews.az

Türkiyə Prezidenti Azərbaycana səfəri barədə DANIŞDI

21-10-2021, 14:26 364 dəfə baxılıb

Türkiyə Prezidenti Azərbaycana səfəri barədə DANIŞDI

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana baş tutacaq növbəti səfəri və Füzuli hava limanının açılışındakı iştirakına dair yeni açıqlamalar verib.
“HaberGlobal” xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını Afrika səfərindən qayıdarkən cavablandırıb.
“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Türkiyə Prezidenti əlavə edib ki, səfər çərçivəsində Qarabağda bir neçə magistral yolun açılışında iştirak edəcək və kənd təsərrüfatı sahəsində görülən bəzi işlərlə tanış olacaq. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA