Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışı həm elmin keçdiyi tarixi yolun dəyərləndirilməsi, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin çıxışında səslənən fikirlər bir tərəfdən Ulu Öndər Heydər Əliyevin elmin inkişafına verdiyi töhfələrin dərin təhlili, digər tərəfdən isə müasir dövrdə Azərbaycan elminin qarşısında duran strateji vəzifələrin aydın təsviridir.
Ölkə başçısının da qeyd etdiyi kimi, Heydər Əliyev dövrü həm də Azərbaycanın elmi mühitində keyfiyyətcə yeni mərhələ yaratmışdı. O, elmi dövlət siyasətinin ayrılmaz hissəsinə çevirmiş, elmi institutların fəaliyyətini müasirləşdirmiş, alimlərə sosial təminat və mənəvi dəyər baxımından xüsusi diqqət göstərmişdi. O illərin şahidləri yaxşı xatırlayırlar ki, 70-ci illərdə elmi-tədqiqat institutlarının sayı artmış, gənclər kütləvi şəkildə ittifaqın qabaqcıl ali məktəblərinə göndərilmişdi. Bu siyasətin nəticəsində formalaşan intellektual nəsil bu gün də Azərbaycanın elm sütunlarını təşkil edir. Prezident İlham Əliyev çıxışında bu ənənənin davamlılığını xüsusi vurğulayıb, Ulu Öndərin siyasətinin bu gün yeni məzmunla zənginləşdiyini bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə elmin inkişafı dövlət prioritetlərindən birinə çevrilib. "Elm haqqında" Qanunun qəbul edilməsi, Elmin İnkişafı üzrə Dövlət Proqramının təsdiqi, Elm Fondunun yaradılması, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi bu istiqamətdə atılmış sistemli addımların nəticəsidir. Prezidentin sözləri ilə desək, elmin maddi dayaqları gücləndirilməklə yanaşı, onun praktiki nəticələr verməsi, iqtisadiyyatla və sənaye ilə sıx inteqrasiyası təmin olunmalıdır. Bu, yeni dövrün əsas çağırışıdır.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri texnoloji inkişafın, süni intellektin və rəqəmsallaşmanın strateji əhəmiyyətinin vurğulanması oldu. Prezident açıq şəkildə bildirdi ki, gələcəyin gücü təbii sərvətlərdə deyil, intellektual potensialda, elmin və texnologiyanın gücündədir. Azərbaycanın texnoloji tərəqqidə geridə qalmaması üçün alimlərin, mühəndislərin, gənc tədqiqatçıların bu sahələrdə fəal iştirakı həyati əhəmiyyət daşıyır. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və yeni sənaye modelləri elmi düşüncənin rəhbər rol oynayacağı istiqamətlər kimi göstərildi.
Prezident İlham Əliyevin çıxışı həm də elmin milli təhlükəsizlik, hərbi sənaye və iqtisadi dayanıqlılıq sahələrindəki rolunu aydın şəkildə ortaya qoydu. Azərbaycanın son illərdə formalaşan hərbi-sənaye kompleksi artıq tədricən özəl sektorun da iştirakına açılır. Bu isə elmi biliklərin tətbiqi üçün geniş meydan yaradır. Alimlər yalnız laboratoriyalarda deyil, real istehsal proseslərində, yeni texnologiyaların sınağında, məhsul dizaynında, strateji layihələrin elmi əsaslandırılmasında birbaşa iştirak etməlidirlər.
Dövlət başçısının çıxışında xüsusi yer tutan digər məsələ bərpa olunan enerji və geoloji kəşfiyyatla bağlı idi. Qarabağ və Şərqi Zəngəzurda aparılan enerji və geoloji layihələr təkcə iqtisadi məqsədlər daşımır, həm də elmi-tədqiqat potensialının tətbiqi üçün böyük imkanlar açır. Yeni texnologiyalarla aparılan geoloji tədqiqatların nəticəsində ölkənin mineral resurs bazasının genişlənməsi gözlənilir. Bu isə həm regional inkişaf, həm də elmin tətbiqi yönümünün güclənməsi deməkdir.
Prezidentin nitqində elmi ictimaiyyət qarşısında qoyulan mühüm vəzifələrdən biri də tarix elminin yenidən qurulması, Azərbaycan həqiqətlərinin dünya elmi ictimaiyyətinə çatdırılmasıdır. Ermənistanın uzun illər apardığı saxtalaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi və tarixi reallıqların təhrifinə qarşı elmi əsaslı cavab verilməlidir. Qərbi Azərbaycandakı türk mənşəli yer adlarının, mənbələrin, xəritələrin, sənədlərin tədqiqi və nəşri elmi və milli borc kimi qarşıya qoyulmalıdır. Bu istiqamətdə aparılacaq tədqiqatlar yalnız tarixçilərin deyil, həm də dilçilərin, coğrafiyaşünasların və arxiv mütəxəssislərinin birgə əməkdaşlığını tələb edir.
Prezident İlham Əliyevin dil haqqında fikirləri də elmi və ictimai çevrələr üçün ciddi siqnal idi. Ana dilinin saflığının qorunması təkcə dilçi alimlərin işi deyil, həm də cəmiyyətin mənəvi məsuliyyətidir. Dövlət başçısının "əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən gətirmək nə məqsəd daşıyır" sualı həm elm adamlarına, həm də mediaya ünvanlanmış ciddi xəbərdarlıq idi. Xaricdə yaşayan azərbaycanlıların ədəbi dili qoruyub saxlaması məsələsi də bu baxımdan milli təhlükəsizlik səviyyəsində önəm daşıyır.
Prezidentin bu çıxışı bir növ çağırış xarakteri daşıyır: elm özünə qapanmış, yalnız məqalə və monoqrafiya hüdudlarında yaşayan sistem deyil, dövlətin inkişafına yön verən strateji qüvvə olmalıdır. Elm iqtisadiyyatla, sənayeylə, texnologiya ilə və milli kimliklə sıx bağlı şəkildə fəaliyyət göstərməlidir.
Təəssüf ki, bu gün akademik dairələrin bir hissəsi hələ də sovet dövrünün inzibati təfəkküründən qurtula bilmir. Halbuki Prezidentin çıxışında dəfələrlə vurğulanan "praktik nəticə", "tətbiqi yön" kimi anlayışlar elmin idarəetmə modelinin dəyişməsini tələb edir. Alim yalnız bilik istehsalçısı deyil, həm də sosial transformasiyanın aparıcı qüvvəsidir.
Bu baxımdan Prezident İlham Əliyevin AMEA-nın 80 illiyindəki çıxışı həm hesabat, həm də yeni mərhələnin proqram sənədi kimi qiymətləndirilməlidir. O, elmi dövlət strategiyasının mərkəzinə çevirdi və alimlərə açıq mesaj verdi: elm yalnız keçmişin dəyərlərini qorumaqla deyil, gələcəyin texnoloji və mənəvi xəritəsini cızmaqla da məsuliyyət daşıyır.
Bu çıxışdan sonra AMEA və elmi ictimaiyyət qarşısında duran əsas vəzifə dövlət başçısının müəyyən etdiyi istiqamətləri konkret layihələrə çevirmək, elmi siyasəti real iqtisadi və texnoloji proseslərə inteqrasiya etməkdir. Elm yalnız nəzəri düşüncənin deyil, milli gücün ən vacib dayağı kimi fəaliyyət göstərməlidir. Elm yalnız ağlın deyil, həm də məsuliyyətin sınaq meydanıdır və bu sınaqdan Azərbaycan elmi ləyaqətlə çıxmalıdır.
İslam
Milli.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident 3 fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib
Prezident müşavirə keçirdi - VİDEO - FOTO
Prezident İlham Əliyev: Bütün gücləri səfərbər etmişik ki, Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq - TAM ÇIXIŞ - FOTO
Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
Ayxan Hacızadə: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır
Nəriman Həsənzadəni yenidən süni tənəffüs aparatına qoşdular
Sabahdan bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır
Azərbaycan nefti bir gündə 7 dollardan çox ucuzlaşdı
MEDİA: İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur
Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb
Azərbaycanda hər beş ingilis dili müəllimindən biri ali təhsilli deyil
Sabah Azərbaycanda rekord isti gözlənilir - 41 dərəcə
I və IV qrupların nəticələri bu vaxt açıqlanacaq
Bu gün təəssübkeş Vətən övladı,gözəl ziyalı Buludxan Xəlilovun anım günüdür
Azərbaycanda yeni qanun qüvvəyə mindi
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Vətən sənə oğul dedi -Şəhid Rameş Zəkiyev
Azərbaycan I yarımildə Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyub
Magistraturaya ixtisas seçimi üçün müddət uzadıldı
Neft kəskin ucuzlaşdı: 92 dollara düşdü
Bakıda güclü toz dumanı var
İki igid, bir müqəddəs amal: Şəhid Elnur Quliyev və Şəhid Orxan Hüseynov
"Space TV"nin bank hesablarına həbs qoyuldu
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Rəşad Məmmədov Türkiyədən geri çağırıldı - Özbəkistana səfir göndərildi
Külək güclənəcək - XƏBƏRDARLIQ
Bakı-Tbilisi qatarlarında sərnişin yerlərinin sayı artırıldı
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək
İlham Əliyevdən FƏRMAN
Tehran Vaşinqtonun müvəqqəti atəşkəs təklifini rədd edib - KİV
Azərbaycanda 5,4 milyard manat ipoteka krediti verilib
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Vətən sevgisi ilə döyünən ürək- Şəhid Mikayıl Əhmədovun əbədiyyət yolu
Müəllimini güllələyən şagirdlə bağlı qərar verildi
İlham Əliyev Özbəkistan Prezidentinə zəng etdi
Nazirlik istilərlə bağlı əhaliyə müraciət etdi
Ураган в Алтайском крае: Краснощеково и Егорьевский район пострадали от стихии
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub
Həqiqətin keşikçiləri: "Əkinci"dən başlayan yol və Şəhid jurnalistlərimizin sönməz işığı
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Rusiyanın Krasnodar diyarına kütləvi dron hücumu olub,
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
İcbari tibbi sığorta ilə bağlı ödənişin məbləği dəyişir
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Aparıcı analitiklər rəy verdi: -Ukrayna-Rusiya cəbhəsində vəziyyət kritikləşir
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, reyestr yaradılacaq