Şuşa Forumunda TDT çərçivəsində inteqrasiya perspektivləri müzakirə edilir
Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu sessiyalarla işini davam etdirir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Forumun ikinci paneli “Azərbaycan–Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusunda keçirilib.
Beynəxlaq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən paneldə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc, İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı, İbn Haldun Universiteti Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Turhan Dilmaç iştirak edirlər.
Paneldə Türk Dövlətləri Təşkilatı daxilində siyasi, iqtisadi, humanitar inteqrasiya və institusional əməkdaşlıq perspektivləri təhlil olunur. Həmçinin Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsi üçün prioritet istiqamətləri və institusional əlaqələrin gücləndirilməsi müzakirə edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: