40 Yaşdan sonra iş tapmaq: Təcrübəmi, yoxsa yaşımı cəzalandırırsız?
![]()
Hazırda ölkəmizdə işsizlik problemi getdikcə dərinləşir və bu vəziyyətin ən çox təsir etdiyi təbəqələrdən biri gənclər və 35–40 yaşdan yuxarı şəxslərdir. Gənclərə "təcrübəsizsən" deyən işəgötürənlər, yaşlıya "çox yaşlısan" deyir. Bəs əmək bazarında işləməyə nə vaxt tam uyğun mümkün olacaq? Yeni əlinə diplom almış gənc oğlan və ya qız bu təcrübəni hardan alsın. Onda aidiyyatı qurumlar zəhmət çəkib təcrübə mərkəzləri açsın. Bəs 35-40 arası insanlar nə etsin? Vaxtilə hər hansı peşənin sahibləri olan bu insanlar gedib küçələri süpürsünlər? Bir çox halda insanlar gənc yaşlarında ailə vəziyyətinə görə işləməyib....
Məşğulluq idarələrində qeydiyyatda olan yüzlərlə şəxs aylarla, hətta illərlə iş tapa bilmir. Dövlət tərəfindən təqdim edilən iş yerləri isə ya ixtisasa uyğun deyil, ya da çox aşağı maaşlıdır. Bu da həmin şəxslərin motivasiyasını sındırır. 35-40+ yaşlı insanların isə vəziyyəti tam acınacaqlıdı.
Digər tərəfdən, özəl işə düzəltmə ofislərinin fəaliyyəti isə tam bir dələduzluq sistemini xatırladır. İnsanlardan qeydiyyat adı ilə əvvəlcədən pul alıb, daha sonra “gözləyin, zəng olunacaq” deməklə vədlər verir, lakin nə zəng var, nə iş. İlanın ağına da lənət, qarasına da!
İş elanlarında açıq şəkildə “35 yaşadək”, “maksimum 40 yaş” qeyd olunur. Bu, yaşa görə ayrı-seçkilik deyilmi? Təcrübəli, məsuliyyətli bir insanı yalnız yaşına görə kənarda saxlamaq cəmiyyət üçün potensial itkidir.
Ailə saxlayan, övlad böyüdən, kirayədə qalan, borcu olan, həyatla mübarizə aparan bu insanlar nə etməlidir? Məmurların maaşları artdığı halda, sadə vətəndaşlar dolanışıq üçün ümidsiz bir mübarizə aparır.
Bəs kim cavabdehdir?
İş elanlarına nəzarət edən qurumlar haradadır?
Məşğulluq idarələri statistik hesabatdan başqa real nəticə ortaya qoya bilirmi?
Bu vəziyyət dəyişməsə, insanları ya depressiya, ya da cinayət yoluna sürükləyəcəksiniz. Məsuliyyətsizlik, laqeydlik və bürokratik səhlənkarlıq bir vətəndaşın həyatını alt-üst edə bilər. İşsizlik gələcəkdə demoqrafik krizisa gətirib çıxaracaq bu danılmaz bir faktdı. Çünki bu gün bir çox ailələr işsizlik və bundan irəli gələn ailədə maddiyat durumunun çətin olduğuna dörə dağılır. Getdikcə ailələrdə uşaq sayı azalır, çünki valideyin ailənin tələbatın ödəyə bilmir. Madiyyata görə bəzən insanlar cinayətə əl atır, kənd yerlərində uşaqları erkən ərə verirlər, nəticədə bir çox hallarda bu ailələrdə xoşagəlməz hadisələr baş verir...
Sonda sual edirik:
40 yaşdan sonra yaşamaq günahdırmı? Pensiya yaşına çatmayanlar nə etsinlər? Necə dolansınlar?
Hər kəs üçün ədalətli, şəffaf və əlçatan əmək bazarı qurulana qədər bu kimi halları ictimailəşdirmək və tələb etmək bizim vətəndaşlıq borcumuzdur.
Sevinc Salehqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: