Kəndlər boşalır, şəhərlər dolur – Gələcəyin təhlükəli səssizliyi. Doğma yurdlar unudulur: kənddən köçün görünməyən fəsadları”
![]()
Son illər Azərbaycanda müşahidə olunan ciddi sosial-iqtisadi tendensiyalardan biri də kəndlərdən rayon mərkəzlərinə, oradan da paytaxta doğru kütləvi köçün artmasıdır. Əhalinin əsasən gənc təbəqəsi, xüsusilə də işləmək qabiliyyətində olanlar kəndləri tərk edərək daha çox iş, təhsil və sosial imkanların olduğu şəhərlərə üz tutur. Bu, ilk baxışdan fərdi seçim kimi görünsə də, əslində milli təhlükəsizlik və dayanıqlı inkişaf baxımından strateji problemdir.
Köçün əsas səbəbləri işsizlik və dolanışıq problemidir. Kənd təsərrüfatına dövlət dəstəyi artsa da, məhsuldarlıq və gəlir hələ də aşağıdır. Gənclər daha yaxşı qazanc üçün şəhərə üz tutur.
Bir çox kəndlərdə məktəb və tibb məntəqələrinin vəziyyəti zəifdir. ona görə də ailələr uşaqlarının gələcəyi üçün şəhərə köçməyi üstün tutur. Gənclər üçün kəndlərdə istirahət və inkişaf imkanları məhduddur.
Bu davam etsə, kənd təsərrüfatının zəifləməsinə gətirib çıxardacaq. Yəni kəndlər boşaldıqca torpaqlar istifadə olunmur və ölkənin ərzaq təhlükəsizliyi risk altına düşə bilər.
Unudmayaq ki, kəndlər milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Onların boşalması ilə bu dəyərlər də itə bilər. Bu da öz növbəsində şəhərlərdə sosial yüklənmə gətirib çıxaracaq. Belə ki, artan əhali sıxlığı, işsizlik, kirayə haqlarının yüksəlməsi və sosial gərginliklər kimi problemlər yaradacaq.
Bu qlobal problemi aradan qaldırmaq üçün ilk növbədə kəndlərdə dayanıqlı iş yerləri yaradılmalıdır. Emal müəssisələri, aqroparklar, turizm obyektləri açılmalıdır.
İnfrastruktur təkmilləşdirilməlidir yəni yollar, internet, məktəb, xəstəxana – bunlar gəncləri kənddə saxlaya biləcək əsas amillərdir.
Dövlət proqramları daha effektiv olmalıdıdır. Belə ki, kəndlərə dönüşü təşviq edən layihələr genişlənməli, real nəticə verməlidir.
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: