sedanews.az
sedanews.az

Azərbaycanda hər beş ingilis dili müəllimindən biri ali təhsilli deyil

Bugün, 15:39


Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin təxminən hər beş nəfərindən biri ali təhsilli deyil.
Dövlət Statistika Komitəsinin 2024/2025-ci tədris ilinə dair məlumatlarına əsasən bildirilir ki, ümumi təhsil müəssisələrində çalışan 13 min 100 ingilis dili müəlliminin 77,2 faizi ali, 22,8 faizi isə orta ixtisas təhsillidir.
Bu göstərici əsas fənlər üzrə müəllimlər arasında ən aşağı nəticə hesab olunur.
Hər 6 informatika müəllimindən 1-i ali təhsilli deyil:
Statistikaya görə, informatika müəllimləri də ali təhsilli müəllimlərin payına görə aşağı göstəricilərdən birinə malikdir. Belə ki, 5 min 739 informatika müəlliminin 84,4 faizi ali, 15,5 faizi isə orta ixtisas təhsili alıb.
Digər əsas fənlər üzrə isə ali təhsilli müəllimlərin payı 97 faizdən yuxarıdır:
biologiya müəllimləri – 99,4 faiz; 
kimya müəllimləri – 99,3 faiz; 
coğrafiya müəllimləri – 99,3 faiz; 
riyaziyyat müəllimləri – 99,0 faiz; 
tarix müəllimləri – 98,6 faiz; 
Azərbaycan dili və ədəbiyyatı müəllimləri – 97,5 faiz. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA