Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı AÇIQLANDI
Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan narkomaniya xəstələrinin və narkotik vasitələrdən epizodik istifadə edənlərin sayı məlum olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, Səhiyyə Nazirliyinin təqdim etdiyi 2025-ci ilin yekun statistikasına əsasən, ölkə üzrə tibb müəssisələrində:
Narkomaniya diaqnozu ilə qeydiyyatda olanların sayısı 42 min 624 nəfər, narkotiklərin epizodik qəbulu üzrə qeydiyyatda olanların sayısı isə 8 min 895 nəfər təşkil edib.
Qurumdan həmçinin qeyd olunub ki, müvafiq statistika Səhiyyə Nazirliyi tərəfindən illik dövriliklə, yəni ildə bir dəfə toplanılaraq təqdim edilir.(modern)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: