sedanews.az
sedanews.az

Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır

22-06-2021, 16:11 411 dəfə baxılıb




Hər kəsə məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci abzası rəhbər tutularaq "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası " təsdiq edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minib. Qeyd edim ki, Sars-Covid-2 virusu tərəfindən törədilən, yoluxucu bir xəstəlik olan COVİD-19 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir.

Təbii olaraq cəmiyyətdə hər zaman peyvənd haqqında məlumatsız olan və yaxud yanlış məlumatlandırılmış fərdlər olub, var, olacaq və buna görə də İlk olaraq peyvəndin nə olduğunu bilmək vacibdir. Peyvəndlər orqanizmin özünə məxsus qoruyucu mexanizm inkişaf etdirə bilməsi üçün istifadə edilən maddələrdir. Bunlar ölü və ya dəyişdirilmiş mikroblar, eyni zamanda onların hissəcikləri ola bilər. Peyvəndlər iynə, ağız və burun yolu ilə orqanizmə daxil edilir.

ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıdakılardır:

-xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması;

-iqtisadi inkişafından asılı olaraq ölkələrin ictimai səhiyyə sistemlərinin yüksək səviyyədə yüklənməsi nəticəsində yaranmış pandemiyaya hazır olmaması;

-yeni COVID-19 xəstəliyinə qarşı xüsusi müalicə üsullarının olmaması.

2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Peyvəndlər immun sistemimizin virus və bakteriyaları tanımasını təmin edir. Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immunitetimiz ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır. COVİD-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəlikdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və daha yüngül gedişatına şərait yaratmaq missiyasını daşıyır. Bu səbəbdən birinci növbədə öz sağlamlığını, eləcə də yaxınlarının, ətrafındakılarının sağlamlığını fikirləşən şəxslər peyvənd etdirməlidirlər. Xəstəliyin yayılmasının qarşısını alan təbii üsullar olan maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.

Amansız xəstəliklə mübarizə aparmaq üçün hər bir tədbirin öz yeri var. Əgər gigiyenik qaydalara riayət ediriksə bu o demək deyil ki, peyvənd olunmamalıyıq, və yaxud da əksinə. Bu səbəbdən COVİD -19 peyvəndi, bizim immun sistemimiz virusla qarşılaşdıqda daha güclü mübarizə aparmağımızı təmin edəcək. 

Cəmiyyətin böyük əksəriyyəti peyvənd olunduqda isə xəstəliyin yayılma sürəti kifayət qədər azalacaq və təbii ki, çox sayda insan həyatı xilas olacaq. Ona görə də, vaksin etdirmək insan və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur!

Türkan Bayramov 

Suraxanı rayonunun fəal gənci






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA