sedanews.az
sedanews.az

Səyavuş Aslanın oğlu küçələrdə: pul istəyir, ağlayır... - Foto

16-09-2021, 12:47 38 dəfə baxılıb

Səyavuş Aslanın oğlu küçələrdə: pul istəyir, ağlayır... - Foto



Mərhum xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslanın sosial şəbəkələrdə yayılan görüntüləri müzakirəyə səbəb olub. Onun psixoloji vəziyyəti daha da pisləşib. Artıq danışmaqda çətinlik çəkir, küçənin ortasında rəqs edir, ətrafdan pul istəyir, gah ağlayır, gah da gülür. Çingiz Aslanın görüntüsünü yayan vətəndaşlar onun sosial sığınacaqlardan birinə yerləşdirilməsini tələb ediblər.
Məsələ ilə bağlı açıqlama verən Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, Çingiz Aslan dəfələrlə sosial sığınacağa yerləşdirilsə də, öz seçimi ilə sığınacaqdan ayrılıb:
“Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Artıq Agentliyin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq. Məlumat verən hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, Ç.Aslanın narkotik asılılığı olduğu iddia edilir.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA