sedanews.az
sedanews.az

Bakıda qara görə 2000 nəfərdən çox işçi CƏLB EDİLDİ

Dün, 10:04 162 dəfə baxılıb


Şimal-qərb bölgəsinə yağan güclü qar bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaradıb.
sedanevs.az məlumat verir ki, fevralın 19-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib, intensiv qar yağır.Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.
Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA