sedanews.az
sedanews.az

Rusiya-Ukrayna müharibəsinin 3 ili TAMAM OLDU

24-02-2025, 11:17


Bu gün – 24 fevral tarixində Rusiyanın Ukraynada başladığı genişmiqyaslı işğalçı müharibənin 3-cü ili tamam olur.

Üç il öncə 24 fevral 2022-ci ildə Putin Rusiyasının işğalçı ordusu Ukrayna ərazisinə hücuma başladı. Putinin hədəfi üç günə paytaxt Kiyevi tutmaq, martın əvvəllində orada parad keçirmək, Ukraynada legitim hakimiyyəti dəyişib yerinə öz marionetini təyin etmək idi.
Lakin Putin hədəfinə çata bilmədi. Ukrayina xalqının rəşadəti, Qərb dövlətlərinin dəstəyi sayəsində mübarizə bu gün də davam edir.

Bununla belə hazırda Ukraynanın 4 vilayəti (Xerson, Luqansk, Donetsk, Zaporojye) və Krım yarımadası işğal altındadır. Bu isə təxminən 10 milyon əhalinin qaçqına çevrilməsi, 20 faiz ərazinin (110 min kv km-dən çox) işğalı deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA