sedanews.az
sedanews.az

Ballıcaya növbəti KÖÇ

22-05-2025, 09:20



Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti  və İdarərtmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumat verilib. 
Mayın 22-də növbəti mərhələdə Xocalı şəhəri və Ballıca kəndinə sakinlərin köçü həyata keçiriləcək. Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdacaq.Ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək. Burada su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.
Xatırladaq ki, indiyədək Xocalı şəhərinə  341 nəfərdən ibarət  85 ailə, Xocalının Ballıca  kəndinə isə  172 ailə - yəni 811 nəfər köç edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA